Rusiyada daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

rusiyada-daha-bir-vezifeli-sexs-koronavirusa-yoluxdu
Oxunma sayı: 1180

Rusiyanın Udmurtiya Respublikasının rəhbəri Aleksandr Breçalov koronavirusa yoluxub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə regionun operativ qərargahının məlumatında deyilir. Bildirilir ki, Breçalovun Covid-19 testinin nəticəsi pozitiv çıxıb. O, hazırda özünütəcrid rejimindədir.

Aleksandr Breçalovun sözlərinə görə isə, o, mayın 21-dən sonra virusa yoluxub.