Rusiya Dövlət Dumasının Liberal Demokratlar Partiyasından olan deputatı Sergey Jiqarev naməlum şəxs tərəfindən evinin qarşısında döyülüb.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, hadisə iyulun 8-i axşam radələrində baş verib. Deputat kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır. Həmin şəxsin axtarışları davam etdirilir.
Məsələ ilə bağlı partiyadan və ya deputatdan açıqlama almaq mümkün olmayıb.
Son xəbərlər
Son Xəbərlər