“Qafqazinfo” ans press-ə istinadən xəbər verir ki, dollar və avronun ucuzlaşması dünya bazarlarında neftin bir barrelinin qiymətinin bahalaşması fonunda baş verir.
Bu fonda rubl 0,3 - 2,2% bahalaşıb.
Qeyd edək ki, ötən ay Moskva birjasında rublun məzənnəsində dollara qarşı kəskin artım müşahidə edilmişdi.
1 dolların məzənnəsi rubla nisbətdə 36 qəpik ucuzlaşaraq 61,10 rubl dəyərində olmuşdu. Ümumiyyətlə son aylar rublun məzənnəsində dollar və avroya qarşı bahalaşma qeydə alınır.
Son xəbərlər
Son Xəbərlər