Rusiyada ehtiyatda olanlar hərbi toplanışa çağırılıb

rusiyada-ehtiyatda-olanlar-herbi-toplanisa-cagirilib
Oxunma sayı: 2078

Rusiya Prezidenti Vladimir Putin ehtiyatda olan hərbi qulluqçuların hərbi toplanışa çağırılması barədə fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, müvafiq sənəd rəsmi hüquqi internet portalda dərc edilib.

Fərmana əsasən, ehtiyatda olan hərbi qulluqçular Rusiya Silahlı Qüvvələri və Rusiya Federal Təhlükəsizlik Xidmətinin tərkibində hərbi toplanışa çağırılıb.

Fərman dərc olunduğu gündən - 26 aprel tarixindən qüvvəyə minir.