Rusiyada erməni biznesmen öldürüldü

rusiyada-ermeni-biznesmen-olduruldu
Oxunma sayı: 1236

“Soçstroy” tikinti şirkətinin baş direktoru, erməni biznesmen Mqer Saracyan Moskva əyalətinin Krasnoqorsk şəhər dairəsinin Putilkovo kəndindəki mənzilində ölü tapılıb. 

“Qafqazinfo” “Moskovskiy komsomoleç” nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı biznesmen aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerindəcə ölüb. Polislər cinayət yerində tapılan 5 mətbəx bıçağını maddi sübut kimi götürüblər. 

Faktla bağlı cinayət işi açılıb.