Rusiyada erməni biznesmenlər güllələnib - 2 ölü, 3 yaralı

rusiyada-ermeni-biznesmenler-gullelenib
Oxunma sayı: 1936

Leninqrad vilayətində, Şlisselburq qarajlar kooperativinin yerləşdiyi ərazidəki avtoservisdə silahlı atışma olub.

“Qafqazinfo”nun virtualaz.org-a istinadən verdiyi məlumata görə, atışma zamanı iki erməni biznesmeni ölüb, daha üçü isə güllə yarası alıb.

İlkin istintaq müəyyən edib ki, insident bu il yanvarın 31-də baş verib.

Atəş səsləri saat 20 radələrində eşidilib. Ondan əvvəl isə hadisə yerinə "bərkgedən" 444 nömrəsi olan qara "Mercedes" gəlib. Həmin maşından Qafqaz əsilli 5 nəfər düşüb.