Rusiyada evdə partlayış - Ölənlər var + Fotolar

Rusiyada evdə partlayış
Oxunma sayı: 1675

Rusiyanın Lipetsk vilayətində ikimərtəbəli yaşayış evində məişət qazının partlaması nəticəsində divar qismən aşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya FHN-dən bildirilib.

Məlumata görə, hadisə Yelets rayonunun Solidarnost qəsəbəsinin Şkolnaya küçəsində baş verib.

Xilasedicilər 1971-ci il təvəllüdlü qadının və 11 yaşlı qızın cansız bədənlərini dağıntılar altından çıxarıb. 6 nəfər, o cümlədən 2 uşaq xəsarət alıb.

Faktla bağlı cinayət işi açılıb.