Rusiyada evdə yanğın - 4 ölü, 2 yaralı + Video

rusiyada-evde-yangin
Oxunma sayı: 1630

Rusiyada bir evdə baş verən yanğın 4 nəfərin ölümünə səbəb olub.

"Qafqazinfo"nun "REN TV"yə istinadən məlumatına görə, hadisə dekabrın 3-ü səhər saatlarında Moskva vilayətində qeydə alınıb. Podolski rayonunda yerləşən fərdi yaşayış evində qeydə alınan yanğın nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb.

Yanğının səbəbi müəyyənləşdirilir.