Rusiyada FHN təyyarəsi qəzaya düşdü - 10 ölü

rusiyada-fhn-teyyaresi-qezaya-dusdu-
Oxunma sayı: 1042

Rusiyanın İrkutsk vilayətində Fövqəladə Hallar Nazirliyinə məxsus İl-76 təyyarəsinin qəzaya uğraması nəticəsində 10 nəfər heyət üzvü həlak olub.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, təyyarənin qalıqları gecə saatlarında Rıbnıy Uyan yaşayış məntəqəsi yaxınlığında aşkar edilib.

İlkin ehtimala görə, İrkutsk vilayətində meşə yanğınlarının söndürülməsi ilə məşğul olan və iyulun 1-də radarlardan itmiş təyyarə ağaca dəyərək qəzaya uğrayıb.

İyulun 4-də İrkutsk vilayətində matəm elan olunub.