Rusiyada FTX-nin binasında partlayış, 1 ölü, 2 yaralı - Video

rusiyada-ftx-nin-binasinda-partlayis-1-olu-2-yarali
Oxunma sayı: 3090

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Rostov vilayətində yerləşən sərhəd idarəsinin binasında yanğın baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb. 

Binada yanğından əvvəl partlayışın baş verdiyi bildirilir. 

Hadisə yerinə yaxın yerləşən evlərin sakinləri təxliyə edilib.