Rusiyada gələn həftə peyvəndlənmə başlayacaq - Putin təlimat verdi

rusiyada-gelen-hefte-peyvendlenme-baslayacaq
Oxunma sayı: 1880

Rusiyada gələn həftədən koronavirusa qarşı peyvəndlənmə prosesi başlayacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin təlimat verib. 

O bildirib ki, ölkədə artıq 2 milyon dozaya yaxın peyvənd istehsal olunub və buna görə də gələn həftə prosesi başlatmaq mümkündür. 

Təlimata görə, prosesin ilk proseduru tibb işçilərini və müəllimləri əhatə edəcək.

Qeyd edək ki, Putinin sözçüsü Dmitri Peskov bugünkü açıqlamasında peyvəndlənmənin ilk növbədə Rusiya vətəndaşları arasında aparılacağını demişdi.