Rusiyada “General Həzi Aslanov” tankerində partlayış - İtkin düşənlər var

rusiyada-general-hezi-aslanov-tankerinde-partlayis
Oxunma sayı: 8998

Azov dənizində Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” neft tankerində partlayış baş verib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Qafqaz limanından Rostova yola düşən tankerdə 13 heyət üzvü olub. Onlardan 10-nun həyatını xilas etmək mümkün olub. Partlayış zamanı dənizə atılan 3 nəfərin axtarışları isə davam etdirilir. Onların hamısının rusiyalı olduğu bildirilir.Tankerdə yük olmayıb. Partlayış neft məhsullarının buxarından yaranıb. Hadisəyə səbəb texniki təhlükəsizlik qaydasının pozulması və ya qaynaq işlərinin aparılması göstərilir.  

Qəza yerinə 3 xilasedici gəmi yaxınlaşıb. Dənizə yanacaq axıntısı, həmçinin, göyərtəyə su dolması qeydə alınmayıb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, gəmi “Palmali” şirkətinə məxsusdur.

***

"Palmali" Şirkətlər Qrupunun açıqlamasında isə bildirilib ki, Rusiya bayrağı altında üzən “General Həzi Aslanov” gəmisi “Palmali” adını daşısa da, artıq uzun müddətdir ki, Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” şirkətinə məxsus deyil və bu gəminin işlədilməsi də “Palmaliyə” aid deyil.