Rusiyanın paytaxtı Moskvada güclü yanğın hadisəsi baş verib.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğın lak və boya məmulatları anbarında baş verib.
İlkin məlumata əsasən, 21 min kvadrat metr ərazini əhatə edən yanğın artıq yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə nəticəsində zərərçəkən olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər