Rusiyada güclü zəlzələ olub - 6,1 bal

rusiyada-guclu-zelzele-olub
Oxunma sayı: 740

Rusiyanın Kamçatka diyarında 6,1 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Yeraltı təkanların Ust-Kamçatka qəsəbəsindən 76 km şimal-şərqdə, 40 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.