Rusiyada gün ərzində rekord yoluxma

rusiyada-gun-erzinde-rekord-yoluxma
Oxunma sayı: 1646

Rusiyada son 24 saat ərzində daha 7 933 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb. Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 114 431-ə çatıb. Aktiv koronavirus xəstələrinin sayı isə 100 042 nəfər təşkil edir.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 96 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı isə 1 169-a çatıb. Ümumilikdə 13 220 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, dünya üzrə 3 318 455 insan koronavirusa yoluxub, 234 253 nəfər isə vəfat edib.