Rusiyada son 24 saat ərzində daha 9 623 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb. Bildirilib ki, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 124 054-ə çatıb. Aktiv koronavirus xəstələrinin sayı isə 107 819 nəfər təşkil edir.
Ötən gün ərzində xəstəlik səbəbindən daha 57 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 1 222-yə çatıb. Ümumilikdə 15 013 pasiyent isə sağalaraq evinə buraxılıb.
Qeyd edək ki, dünya üzrə 3 413 169 insan koronavirusa yoluxub, 239 711 nəfər isə vəfat edib.
Son xəbərlər
Son Xəbərlər