Rusiyada hava limanı boşaldılıb - Terror xəbərdarlığı

rusiyada-hava-limani-bosaldilib
Oxunma sayı: 2527

Rusiyanın Volqoqrad şəhərində hava limanı yanlış məlumata görə boşaldılıb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə hava limanının mətbuat xidmətinin rəhbəri Tatyana Fomiçeva bildirib.

Onun sözlərinə görə, naməlum şəxs günorta saatlarında administratora zəng edərək hava limanı ərazisində terror aktı ola biləcəyini, heyət və sərnişinlərin təxliyyə olunmasının vacibliyini vurğulayıb: “Xəbərdarlıqdan sonra xüsusi xidmət qüvvələri hava limanı ərazisini, sərnişinlərin baqajlarını yoxlayıb. Lakin heç bir təhlükəli əşya aşkarlanmayıb”.

Faktla bağlı araşdırma aparılır.