Rusiyada helikopter qəza enişi etdi, 2 ölü

rusiyada-helikopter-qeza-enisi-etdi-2-olu
Oxunma sayı: 1267

Rusiyanın Saxalin vilayətində “Robinson R-44” helikopteri qəza enişi edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, helikopterin göyərtəsində 4 nəfər olub. Onlardan 2-sinin pilot, digər 2 nəfərin isə sərnişin olduğu bildirilir.

Pilot və sərnişinlərdən biri həlak olub, daha bir nəfər isə təxliyə edilib. Digər şəxsin axtarışları isə davam edir.