Rusiyanın Pskov vilayətində hərbi helikopter qəzaya uğrayıb. Rusiyanın Müdafiə Nazirliyinin məlumatına görə naməlum səbəbdən hərbi hissələrin birinə məxsus Mİ-8 helikopteri qəza enişi edərkən yerə düşüb.
“Qafqazinfo” Azərtac-a istinadla xəbər verir ki, insident Ostrovsk rayonunda qeydə alınıb. Hadisə yerində 4 nəfərin meyiti aşkar edilib. Qəzanın səbəbləri və təfərrüatları barədə hələlik məlumat verilmir.
Baş verən hadisənin səbəblərinin araşdırılması üçün vertolyotun qəzaya uğradığı əraziyə müvafiq qurumların mütəxəssisləri cəlb olunub.
Son xəbərlər
Son Xəbərlər