Rusiyada helikopter qəzası, ölənlər var

rusiyada-helikopter-qezasi-olenler-var
Oxunma sayı: 1295

Rusiyanın Yamalo-Nenets muxtar dairəsində Mi-8 helikopteri sərt eniş edib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə helikopterdə olan 2 nəfər dünyasını dəyişib. Ölənlər pilot və uçuş mühəndisidir. Məlumata görə, göyərtədə 7 sərnişin, 3 heyət üzvü olub. Qəzadan xilas olanlar helikopteri özləri tərk ediblər. 

Qəzaya qar fırtınasının səbəb olduğu bildirilir.