Rusiyada helikopter qəzaya düşdü, ölənlər var - Yenilənib

rusiyada-helikopter-qezaya-dusdu-olenler-var
Oxunma sayı: 1671

Rusiyanın Amur vilayətində “Robinson R-66” tipli helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, helikopterin göyərtəsində 4 nəfər ölüb. 

Axtarış-xilasetmə işləri zamanı qəza yerinin artıq təyin edildiyi bildirilir. Hazırda helikopterdə olan şəxslərin vəziyyəti dəqiqləşdirilir.

***

Helikopterin göyərtəsində olan 4 nəfərin həlak olduğu məlum olub.