Rusiyada helikopter qəzaya uğrayıb - 6 ölü

rusiyada-helikopter-qezaya-ugrayib
Oxunma sayı: 1052

Rusiyanın Xabarovsk şəhərində helikopter qəzaya uğrayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Uzaq Şərq Federal Dairəsi üzrə Nəqliyyatda istintaq idarəsinin mətbuat xidməti məlumat  yayıb.

“Helikopter küçələrin birinə düşüb, ölənlər var”, deyə məlumatda bildirilir.

İlkin məlumata əsasən, helikopterin göyərtəsində 6 nəfər olub. Qəza zamanı onların hamısı həlak olub.