Rusiyada helikopter sərt eniş etdi, pilot öldü - Video

Rusiyada helikopter sərt eniş etdi, pilot öldü
Oxunma sayı: 1760

Rusiyanın Krasnodar diyarında “Mi-2” helikopterinin pilotu sərt eniş edib, həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-a Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

“Helikopterin sərt enişi nəticəsində Krasnodar-Novorossiysk avtomobil yolunun 52-ci kilometrliyində pilot, 1960-cı il təvəllüdlü kişi həlak olub”, - məlumatda deyilir.

FHN-də əlavə ediblər ki, helikopter tarlaların suvarılması zamanı İlski qəsəbəsi ərazisində sərt eniş edib.

Hadisə yerinə müstəntiqlər və kriminalistlər yollanıb.