Rusiyanın Krasnoyarsk əyalətinin Açinsk şəhərində döyüş sursatı anbarında partlayış baş verib.
“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, nəticədə 1 nəfər hərbçi ölüb, 1-i uşaq olmaqla 4 nəfər yaralanıb. Hazırda şəhərin 11 min əhalisinin təxliyyəsinə başlanılıb. Bu səbəbdən Açinskin küçələrində güclü tıxac yaranıb.
Hərbi bazada yanğın davam edir.
***
Partlayışla əlaqədar Açinsk şəhərində fövqəladə vəziyyət elan edilib. Qəza nəticəsində 7 nəfər yaralanıb.
***
Hər 15 saniyədən bir hərbi bazada partlayış səsləri eşidilir. 4 hərbçinin taleyindən xəbər yoxdur.
Son xəbərlər
Son Xəbərlər