Rusiyada hərbi çağırışla bağlı qərar

rusiyada-herbi-cagirisla-bagli-qerar
Oxunma sayı: 5568

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi məhkəməsi hərbi komissarlıqlara artıq hər kəsin müharibəyə çağırıla biləcəyi barədə qərar çıxarıb.

"Qafqazinfo" xarici KİV-ə istinadən  xəbər verir ki,  qərarda məhkəmə hərbi komissarlıqların hər kəsi savaşa cəlb etmək hüququ olduğu barədə qənaətə gəlib.

Qeyd edək ki, iyulun 25-də Dövlət Dumasının deputatları hərbi xidmət haqqında qanunu sərtləşdirərək çağırış yaşını 18-dən 30-a qaldırıblar.

Dəyişikliklər çağırışçılara bildiriş təqdim edildikdən dərhal sonra Rusiyanı tərk etməyi qadağan edir.

Rusiya vətəndaşları hərbi komissarlıqların çağırışına gecikməyə görə 3 min rubl əvəzinə 30 min rubl məbləğində cərimələnəcəklər.