Rusiyada hərbi hissədə partlayış - 1 ölü, 7 yaralı + Yenilənib

rusiyada-herbi-hissede-partlayis
Oxunma sayı: 1784

Rusiyanın Xabarovsk diyarında hərbi hissədə partlayış baş verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər həlak olub, daha bir neçə nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı hələ əlavə detallar açıqlanmayıb.

***

Ən son məlumata görə, insident nəticəsində 7 nəfər xəsarət alıb. İlkin ehtimala görə, hadisəyə səbəb sursatlar boşaldılarkən partlayıcı predmetlərlə ehtiyatsız davranış olub.