Rusiyada hərbi hissədə partlayış, ölənlər və yaralılar var

rusiyada-herbi-hissede-partlayis-olenler-ve-yaralilar-var
Oxunma sayı: 4501

Rusiyada hərbi hissədə partlayış olub.

"Qafqazinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Belqorod vilayətində qeydə alınıb.

Belə ki, bir hərbçinin əlindəki qumbara partlayıb. Nəticədə silah-sursat anbarında partlayış baş verib.

Hadisə zamanı 3 hərbçi ölüb, 16 hərbçi yaralanıb.

Faktla bağlı araşdırmalar davam edir.