"Qafqazinfo" AzərTac-a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov digər 19 nəfərə hazırda tibbi yardım göstərildiyini bildirib. O, dağıntılar altında beş nəfərin qaldığını deyib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
***
Rusiya prezidenti Vladimir Putin ölənlərin ailələrinə və ölkənin bütün Silahlı Qüvvələrinə başsağlığı verib.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Vladimir Putin axtarış-xilasetmə işlərinin gedişatı barədə davamlı olaraq məlumatlandırılır.
Rusiya prezidenti müdafiə naziri Sergey Şoyquya xəsarət alanlara lazımı tibbi yardımın göstəriləməsi barədə tapşırıq verib.
***
Rusiyada hərbi hissənin kazarmasının uçması nəticəsində ölənlərin sayı 23-ə çatıb.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, dağıntılar altında qalan 42 hərbçinin hamısı çıxarılıb. Onlardan 23-ü ölüb.
Son xəbərlər
Son Xəbərlər