Rusiyada hərbi təyyarə qəzaya uğradı - Ölənlər var

rusiyada-herbi-teyyare-qezaya-ugradi
Oxunma sayı: 2625

Rusiyanın Kaluqa şəhərindəki Şaykovka hərbi hava limanında uçuşa hazırlaşan TU-22M3 uzaqmənzilli bombardman təyyarəsi qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza təyyarənin katapult sisteminin öz-özünə işə düşməsi nəticəsində baş verib.

Qəza nəticəsində üç hərbçi həyatını itirib.