Rusiyada hərbi xidmətə çağırış yaşı artırıldı

rusiyada-herbi-xidmete-cagiris-yasi-artirildi
Oxunma sayı: 4680

Rusiyada hərbi xidmətə çağırış yaşının yuxarı həddi artırılıb. 

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı qanun imzalayıb. 

Qanuna əsasən, ölkədə orduya çağırış yaşının yuxarı həddi 27-dən 30-a qaldırılıb. Çağırış üçün aşağı yaş həddi isə dəyişməyib və 18 yaş olaraq qalıb.

Qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.