Rusiyada hərbi xidmətə çağırış yaşı artırılır

rusiyada-herbi-xidmete-cagiris-yasi-artirilir
Oxunma sayı: 5252

Rusiyada hərbi xidmətə çağırış yaşı 18 yaşdan 30 yaşa qədər olacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Dövlət Duması bununla bağlı qanuna düzəlişləri təsdiq edib.

Bildirilib ki, qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

Həmçinin, çağırış yaşının mərhələli şəkildə qaldırılması qanunda nəzərdə tutulub.

Belə ki, 2024-cü ildən çağırış yaşı 19 yaşdan 30 yaşa, 2025-ci ildən 20 yaşdan 30 yaşa, 2026-cı il yanvarın 1-dən 21 yaşdan 30 yaşa qədər olacaq.