​Rusiyada heroin satan həmyerlimizə- - 13,5 il həbs

rusiyada-heroin-satan-hemyerlimize-
Oxunma sayı: 1069


“Qafqazinfo” report-a istinadən xəbər verir ki, bu barədə, Rusiya Federasiyası Narkotiklərin Dövriyyəsinə Nəzarət Xidmətinin Orlovski vilayəti üzrə İdarəsinin məlumatında bildirilir.

İdarə tərəfindən qaldırılan cinayət işinə məhkəmə son qoyub.

Həmyerlimiz 2014-cü ildə heroin qaçaqmalçılığı və onu satmağa cəhddə ittiham olunaraq saxlanılıb. O, Rusiyaya tək gedib və müvəqqəti olaraq Qlazunovsi rayonunda qeydiyyata düşüb. Kuryer Orlovşinaya 4 qram heroin aparıb. O, Orlovskidə, həmişə narkotik satdığı Moskva şossesi, ev 113 ünvanında saxlanılıb.

Məhkəmə ittiham qərarı ilə razılaşıb və müttəhimi cəzasını ciddi rejimli islah-əmək müəssisəsində çəkmək şərti ilə 13,5 il müddətinə azadlıqdan məhrum edib.