Rusiyada iki azərbaycanlı “qanuni oğru” saxlanılıb

rusiyada-iki-azerbaycanli-qanuni-ogru-saxlanilib
Oxunma sayı: 1945


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, restoranlardan birində keçirilən əməliyyat zamanı Xobot ləqəbli 55 yaşlı Andrey Voznesenskiy, 49 yaşlı Vaqif Süleymanov (Vaqif Bakinski) və 36 yaşlı Rəşad İsmayılov (Rəşad Gəncəli) saxlanılıb. 

Lakin görüş iştirakçılarından heç birində qanunazidd davranış aşkar edilməyib və polis onlarla profilaktik söhbət aparıb.