Rusiyada iki helikopter toqquşdu, ölən var

rusiyada-iki-helikopter-toqqusdu-olen-var
Oxunma sayı: 1536

Rusiyanın Saratov vilayətində iki helikopter toqquşub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, hadisə təlim uçuşu zamanı baş verib.  

Bildirilir ki, hər bir helikopterin göyərtəsində 1 pilot olub. Hər ikisi katapult etsə də, onlardan biri həlak olub. 

İlkin məlumata görə, qəza hərbi helikopterlər arasında baş verib.