“Qafqazinfo” oxu.az-a istinadla xəbər verir ki, bu barədə region üzrə hüquq-mühafizə orqanları məlumat verib.
“Özbəkistanın iki vətəndaşının meyiti Yurkova qəsəbəsindəki müəssisənin ərazisində 45 kub metrlik həcmə malik dəmir çəlləkdə aşkar olunub”, - məlumatda deyilir.
İlkin məlumatlara əsasən, fəhlələr çəlləyi təmizləyərkən etil parından zəhərləniblər.
Krasnodar vilayəti üzrə istintaq idarəsi iki xarici vətəndaşın ölüm faktını təsdiq edib.
Hazırda fakt üzrə araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər