Rusiyada illik inflyasiya 17,5 faizə çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutu (Rosstat) məlumat yayıb.
Bildirilib ki, bu, 2002-ci ilin fevralından bəri ən yüksək səviyyədir.
Belə ki, 2-8 aprel tarixlərini əhatə edən həftə ərzində Qərb ölkələrinin sanksiyaları səbəbindən ölkədə məhsulların qiymətində ciddi artım müşahidə olunub.
Ekspertlər sanksiyalar səbəbindən ölkədə inflyasiyanın ilin sonuna kimi 20 faizə yüksələcəyini proqnozlaşdırırlar.
Son xəbərlər
Son Xəbərlər