Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı

Rusiyada inflyasiya son 20 ilin rekordunu qırdı
Oxunma sayı: 3021

Rusiyada illik inflyasiya apreldə əvvəlki ayla müqayisədə 16,69 faizdən 2002-ci ilin yanvarından bəri ilk dəfə 17,83 faizə yüksəlib.

“Qafqazinfo” xəbər verir ki, bu məlumatı Rusiya Federal Statistika İnstitutunun (Rosstat) açıqlayıb.

Bildirilib ki, aprel ayında ölkədə ərzaq məhsullarının qiyməti 20,5 faiz artıb.

Sözügedən dövrdə qeyri-ərzaq məhsullarının qiymətləri 20,2 faiz, xidmət məhsullarının qiymətləri isə 10,9 faiz bahalaşıb.

Rusiya Mərkəzi Bankının proqnozlarına görə, 2022-ci ildə ölkədə illik inflyasiyanın 18-23 faiz arasında olacağı gözlənilir.