Rusiyada inflyasiya son 7 ilin rekordunu qırdı

rusiyada-inflyasiya-son-7-ilin-rekordunu-qirdi
Oxunma sayı: 2806

Rusiyada illik inflyasiya 16,7 faiz artaraq, 2015-ci ilin martından bəri ən yüksək həddə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Federal Statistika İnstitutu (Rosstat) məlumat yayıb.

Bildirilib ki, Qərb ölkələrinin sanksiyaları səbəbindən 26 mart - 1 aprel tarixlərini əhatə edən həftə ərzində ölkədə məhsulların qiymətlərində ciddi artımlar olub.

Ekspertlər sanksiyalar səbəbindən ölkədə inflyasiyanın ilin sonuna kimi 20 faizə qədər yüksələcəyini proqnozlaşdırırlar.