Rusiyada itkin düşən 55 yaşlı Vaqif tapıldı

rusiyada-itkin-dusen-55-yasli-vaqif-tapildi
Oxunma sayı: 1628

İyulun 5-də Rusiyanın Volqoqrad vilayətində itkin düşən 55 yaşlı Azərbaycan vətəndaşı Zingirov Vaqif Qiyamət oğlu tapılıb.

“Qafqazinfo”nun “Bloknot Volqoqrada” saytına istinadən verdiyi xəbərə görə, Krasnoarmeysk rayon sakini Zingirov aparılan axtarışlardan sonra iyulun 7-də sağ və sağlam şəkildə tapılıb.

Sözügedən şəxsin xanımı Diana bildirib ki, həyat yoldaşı kəndə qonaqlığa gedib. Lakin telefonu itdiyindən evlə əlaqə saxlaya bilməyib.