Rusiyada kanalizasiya təmizləyərkən 10 nəfər öldü

rusiyada-kanalizasiya-temizleyerken-10-nefer-oldu
Oxunma sayı: 3175

Rusiyada bir təmizləmə qurumunda kanalizasiyanın təmizlənməsi əsnasında çox sayda işçi metan qazından zəhərlənib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 10 nəfər ölüb, 8 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə Rostov vilayətində - Taqanroq şəhərində baş verib.

Rusiya Səhiyyə Nazirliyi müalicəsi davam etdirilən üç nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb.