Rusiyada keçmiş idarə rəisi məhkəmədə intihar etdi

rusiyada-kecmis-idare-reisi-mehkemede-intihar-etdi
Oxunma sayı: 1341

Rusiya Federasiyası Federal Penitensiar Xidmətinin Avtonəqliyyat İdarəsinin keçmiş rəisi Viktor Sviridov cəzasının elan olunmasından sonra Moskvanın Çertanovsk məhkəməsində özünü güllələyib.

“Qafqazinfo”nun “TASS”a istinadən verdiyi xəbərə görə, o, hadisə yerində vəfat edib. 

Hazırda ərazidə hüquq-mühafizə orqanlarının və İstintaq Komitəsinin əməkdaşları işləyir.

Qeyd edək ki, 5 il öncə nəqliyyat şöbəsinə rəhbərlik edən Sviridov qurumun keçmiş direktor müavini Aleksandr Sapojnikovdan 10 milyon rubl pul tələb etməkdə ittiham edilirdi.