Rusiya İstintaq Komitəsi Rusiya Federasiyası Federal Penitensiar Xidmətinin Avtonəqliyyat İdarəsinin keçmiş rəisi Viktor Sviridovun intiharı ilə bağlı cinayət işi açıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, cinayət işi 293-cü – “Səhlənkarlıq” maddəsi üzrə aparılacaq. İstintaq çərçivəsində məhkəmə binasında quraşdırılmış metal detektorlar yoxlanılacaq, məhkəmə icra məmurlarının və Sviridovun buraxılış rejiminə cavabdeh olan şəxslərin hərəkətləri qiymətləndiriləcək.
Qeyd edək ki, Sviridov bu gün keçirilən məhkəmədə iri məbləğdə rüşvət almaqda təqsirləndirilərək ciddi rejimli cəzaçəkmə müəssisəndə 3 il azadlıqdan məhrum edilib. O, qərarın elan edilməsindən sonra Moskva məhkəməsinin Çertanovsk zalında özünü güllələyib.