Rusiyada koronavirusa görə bu tarixlər qeyri-iş günü oldu

Rusiyada koronavirusa görə bu tarixlər qeyri-iş günü oldu
Oxunma sayı: 3024

Rusiyada koronavirus səbəbindən oktyabrın 30-dan noyabrın 7-nə qədər qeyri-iş günləri elan olunub.

“Qafqazinfo” xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin sözügedən məsələ ilə bağlı təklifi qəbul edib.

“RİA Novosti”nin məlumatına görə, həmin günlər üçün işçilərin əməkhaqqları saxlanılacaq.

Rusiya Prezidentinin sözlərinə görə, ehtiyac yaranarsa, qeyri-iş günləri noyabrın 7-dən sonra da uzadıla bilər.

Qeyd edək ki, bu təklifi Baş nazirin müavini Tatyana Qolikova irəli sürmüşdü.

Bu məqamda bildirək ki, Rusiyada ötən sutka ərzində 1028 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla yanaşı, son sutkada qonşu ölkədə 34073 yeni yoluxma halı qeydə alınıb.