Rusiyada koronavirusa yoluxan jurnalistlərin sayı açıqlandı

Rusiyada koronavirusa yoluxan jurnalistlərin sayı açıqlandı
Oxunma sayı: 675

Rusiya Rabitə və Kütləvi Kommunikasiyalar nazirinin müavini Aleksey Volin koronavirusa yoluxmuş rusiyalı jurnalistlərin sayını açıqlayıb. “Qafqazinfo” bildirir ki, bu barədə “RİA Novosti” xəbər verib.

Onun sözlərinə görə, Rusiyada 500 KİV nümayəndəsində COVID-19 aşkarlanıb. Onlardan 5-i dünyasını dəyişib.

Ən son məlumatlara əsasən, Rusiyada 423,7 min koronavirusa yoluxma halı qeydə alınıb, 5 037 pasiyent vəfat edib. 

Bununla yanaşı, xəstəlikdən sağalanların sayı 186,9 minə yüksəlib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi