Rusiyada koronavirusa yoluxanların sayı 20-yə çatdı

rusiyada-koronavirusa-yoluxanlarin-sayi-20-ye-catdi
Oxunma sayı: 1837

Rusiyada koronavirusa yoluxanların sayı 20 nəfərə çatıb.

"Qafqazinfo" xəbər verir ki, son bir gün ərzində Moskvada daha 3 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib. Onlar yaxın günlərdə İtaliyadan qayıdıblar.

Qeyd edək ki, koronavirusa yoluxanların 17-si İtaliyadan qayıtmış Rusiya vətəndaşıdır. Digər iki nəfəri Çin, 1 nəfər isə İtaliya vətəndaşıdır.