Rusiyada koronavirusa yoluxanların sayı 200-ə çatdı

rusiyada-koronavirusa-yoluxanlarin-sayi-200-e-catdi
Oxunma sayı: 1413

Rusiyada koronavirusa yoluxanların sayı sutka ərzində daha 52 nəfər artıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bununla da ölkədə koronaviruslu xəstələrin sayı 199 nəfər olub. Yeni yoluxma halları Rusiyanın 23 regionunda qeydə alınıb.

Qeyd edək ki, bu gün Rusiyada koronavirusdan ilk ölüm hadisəsi baş verib.