Rusiyada koronavirusa yoluxanların sayı 21 mini keçdi

rusiyada-koronavirusa-yoluxanlarin-sayi-21-mini-kecdi
Oxunma sayı: 1389

Rusiyada daha 2,774 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 21,102-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahı açıqlama yayıb.

Qeyd olunub ki, son 24 saatda daha 22 nəfərin koronavirusdan vəfat etməsi ilə xəstəlikdən ölənlərin ümumi sayı 170-ə çatıb.Yoluxma və ölüm hallarının sayına görə Moskva (13,000 yoluxma, 95 ölüm) şəhəri birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 1,929,633-ə çatıb, 119,785 nəfər xəstəlik səbəbindən həyatını itirib.