Rusiyada koronavirusa yoluxanların sayı 7 mini keçdi

rusiyada-koronavirusa-yoluxanlarin-sayi-7-mini-kecdi
Oxunma sayı: 781

Rusiyada koronavirus infeksiyasına yoluxanların ümumi sayı 7,497-yə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə Operativ Qərargahı açıqlama verib.

Açıqlamada bildirilir ki, ümumilikdə 81 bölgədə 7,497 yoluxma faktı qeydə alınıb.

Yoluxma hallarının sayına görə Moskva (5,181) şəhəri birinci yerdə qərarlaşıb. Xəstəlik səbəbindən həyatını itirənlərin sayı gün ərzində 11 nəfər artaraq 58-ə çatıb, ümumilikdə 494 nəfər isə müalicə olunaraq evinə buraxılıb.

Qeyd edək ki, dünya üzrə koronavirusa yoluxanların sayı 1,349,877-yə çatıb.