Rusiyada koronavirusa yoluxanların sayı 80 mini ötdü

rusiyada-koronavirusa-yoluxanlarin-sayi-80-mini-otdu
Oxunma sayı: 1427

Rusiyada son sutka ərzində koronavirusa yoluxanların sayı 6 361 nəfər artıb, 66 nəfər vəfat edib, 517 pasiyent sağalıb. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Ölkədə indiyədək 80 949 yoluxma, 747 ölüm halı qeydə alınıb, 6 767 nəfər sağalıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də koronavirusu pandemiya elan edib. Bütün dünyada indiyədək 2 774 135 yoluxma, 190 871 ölüm halı qeydə alınıb.