Rusiyada koronavirusa yoluxanların sayı artdı

rusiyada-koronavirusa-yoluxanlarin-sayi-artdi
Oxunma sayı: 3018

Rusiyanın 26 regionunda son 24 saat ərzində daha 228 nəfərdə koronavirusa yeni yoluxma halı qeydə alınıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, ən çox yoluxma halı Adıgey, Kostroma, Saxalin və Smolensk vilayətlərində müşahidə olunub.

Bununla da Rusiyada koronavirus xəstələrinin sayı 1264 nəfərə yüksəlib. İndiyədək 5 nəfər ölüb, 50 nəfər sağalıb. 62 regionu əhatə edən yoluxma faktının 817-si Moskvanın payına düşür.